26.02.2021 15:43
548


Futbol statistikalarla boldur. Hər sahədə olduğu kimi idmanın bu növündə də yaddaqalan hadisələr və faktlar yetərincədir. “CEMPİON.AZ” futbolda qeydə alınan maraqlı hadisələrdən bəzilərini bir araya toplayıb
Maurisio Baldiveso -13 yaşı tamam olmayan peşəkar futbolçu
Ən gənc peşəkar futbol karyerasına başlayan futbolçu ünvanına sahibdir. Hücumçu peşəkar
futbola "Aurora" klubunda 2009-cu il də 13 yaşı tamam olmamış başlayıb. Baldiveso "Aurora" klubunun sabiq baş məşqçisinin oğludur.
3,8 - ci saniyədə vurulan qol
Futbol tarixində ən tez vurulan qol Yeni Zelandiyanın Gənclər liqasında qeydə alınıb. Belə ki, liqada mübarizə aparan "Vayrarapa" və "Kanterburi" komandalarının qarşılaşmasında oyunun startından cəmi 3,8 saniyə sonra top qapı xəttini keçib.
2-ci saniyədə meydandan qovulan futbolçu
Lee Todd ən tez qırmızı vərəqə alan futbolçu kimi tarixə düşüb. Antirekord üçün ingilis futbolçuya 2 saniyə kifayət edib. Maraqlı məqam odur ki, futbolçunun meydandan qovulmasında hakimin də günahı olub. Referi start fitini Toddun qulağının dibində çalınca, futbolçu hakimi söyüb. Nəticədə, Todd meydandan kənarlaşdırılıb.
15-ci saniyədə sarı vərəqə ilə cəzalandırılan futbolçu
Xesus Qalyardo mundiallar tarixində erkən sarı vərəqə görən futbolçu kimi azarkeşlərin yaddaşına həkk olunub. Rekord Rusiyada keçirilən dünya çempionatında qeydə alınıb. Meksika - İsveç oyununda Meksika millisinin üzvü rəqibinə qarşı kobud oynayıb. Nəticədə hakim oyunun 15-ci saniyəsində oyunçuya sarı vərəqə göstərib.
11-ci saniyədə təyin edilən penalti
Ən erkən penaltiyə ingilis azarkeşlər şahidlik ediblər. "Makklesfild Taun" - "Reksem" görüşünün baş hakimi 11-ci saniyədə qonaq komandanın qapısına penalti təyin edib.
Əvəzetmədən 6 saniyəyə sonra qol vurub
2007-ci il də keçirilən "Tottenhem" - "Arsenal" oyunu yeni rekordla əlamətdar olub. Nikolas Bentner meydana çıxdıqdan 6 saniyə sonra rəqib qapısına yol tapıb.