çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Levandovski həftənin oyunçusu seçildi

26.02.2021 17:40 Oxundu 434

Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunlarının ikinci həftəsində ən yaxşı adına Robert Levandovski layiq görülüb.

Polşalı hücumçu Almaniya “Bavariya”sının “Latsio” ilə İtaliyadakı görüşündə fərqlənib. O, 4:1 hesablı qələbədə 1 qolla pay sahibi olub.

Qeyd edək ki, mükafata digər namizədlər Olivye Jiru (“Çelsi”), Ferlan Mendi (“Real”) və Joau Kanselu (“Mançester Siti”) olub.