çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Klopp: "Heyətdə kiçik düzəlişlər olacaq"

27.02.2021 16:22 Oxundu 468


"Liverpul"un baş məşqçisi Yurgen Klopp  yay transfer planlarından danışıb.

"CEMPİON.AZ" Britaniya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis bununla bağlı deyib:

“Düşünmürəm ki, indi 6-7 oyunçudan qurtulmaq kimi böyük bir yenidənqurma vaxtıdır. Bu il əsas oyunçularımızın demək olar ki, birlikdə oynamaq şansı yox idi. Ümumiyyətlə, heyətə kiçik düzəlişlər olacaq. Mövcud vəziyyətə reaksiya verəcəyik, ancaq gələcəyə baxacağıq".

Qeyd edək ki, "Liverpul" 25 oyundan sonra 40 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.