çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted"in transfer planı

27.02.2021 22:30 Oxundu 459


"Mançester Yunayted"in yay transfer pəncərəsi üçün planları məlum olub.
 

"CEMPİON.AZ"  "Eurosport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" müdafiənin mərkəzini və sağ cinahı gücləndirmək istəyir.

Klub "Sevilya"dan Culies Kundeni almaq niyyətindədir. Lakin "Mançester Yunayted" müdafiəçiyə görə 60 milyon avrodan çox xərcləməli olacaq.

Həmçinin rəhbərliyin əsas məqsədlərindən biri də "Vilyarreal"dan Paul Torresi transfer etməkdir. Onun dəyəri isə 43 milyon sterlinqdir.

Bundan əlavə, klub "Norviç Siti"dən Maks Aaronsla, "Atletiko"dan Kiran Trippierlə də yaxından maraqlanır.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində 49 xalla 2-cidir. Komanda lider "Mançester Siti"dən 10 xal geri qalır.