çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Hakan Çalhanoğlu ilə müqavilə imzalanacaq

27.02.2021 21:48 Oxundu 435


“Milan” yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

"CEMPİON.AZ"  xəbər verir ki, bu barədə “rossonyerlər”in idman direktoru Riki Massara danışıb. O bildirib ki, Türkiyə millisinin üzvü ilə danışıqlar son mərhələdədir:

“Oyunçularımızın dəyərinin fərqindəyik və yeni sözləşmələr üçün çalışırıq. Hakan Çalhanoğlu ilə danışıqları yekunlaşdırmaq üzrəyik. Tezliklə onunla münasibətləri rəsmiləşdirəcəyimizə əminik”.

Qeyd edək ki, “Milan” Hakan Çalhanoğluya yeni sözləşmə qarşılığında illik 4 milyon avro maaş təklif edib.