çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

"Yuventus" qələbə qazana bilmədi

28.02.2021 11:34 Oxundu 431


"Yuventus" A seriyasında növbəti matçına çıxıb.

"CEMPİON.AZ"  xəbər verir ki, Turin təmsilçisi 23-cü turda "Verona"nın qonağı olub.

Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Hesabı 49-cu dəqiqədə Kriştiano Ronaldo açıb. Ev sahiblərinin futbolçusu Antonin Barak 77-ci dəqiqədə bərabərlik qolunu vurub. Bütün səylərə baxmayaraq, "Yuventus" topu yenidən qapıdan keçirə bilməyib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 46 xalla 3-cü, "Verona" isə 35 xalla 9-cudur.