çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Kloppun yetirmələri qələbəyə sevinib

01.03.2021 11:42 Oxundu 451

"Liverpul" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, Mersisayd  təmsilçisi 26-cı turda "Şeffild Yunayted"in qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

"Şeffild Yunayted" - "Liverpul" - 0:2
Qollar: Cons, 48, Bryan, 64-avtoqol

Bu qələbə ilə xalını 43-ə yüksəldən Yurgen Kloppun baş məşqçisi olduğu komanda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Turnir cədvəlinə 62 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 50 xalla 2-ci, "Lester" eyni xalla 3-cüdür.