01.03.2021 12:19
470


“Yuventus” PSJ-nin futbolçusu Yulian Draksleri heyətinə qatmaq istəyir.
“CEMPİON.AZ” xəbər verir ki, “Calciomercato” məlumat yayıb. Turin klubu bu yay 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.
A seriyası təmsilçisi almaniyalı oyunçunun PSJ ilə müqaviləsinin mövsümün sonunda başa çatmasından yararlanıb, onu azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, Draksler bu mövsüm Liqa 1-də 15 matça çıxaraq, 3 qol vurub və 2 qolun ötürməsini verib.