çərşənbə axşamı, 02 sentyabr 2025

BİZİM FUTBOL

Millimizin oyunu azarkeşlərsiz keçiriləcək

01.03.2021 14:51 Oxundu 444


Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 4-də, Bakı İdman Sarayında Azərbaycan – Moldova oyunu keçiriləcək.

“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının saytının yaydığı xəbərə görə, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüş azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq.