01.03.2021 15:49
457

“Mançester Siti”nin futbolçusu Erik Qarsiya yayda “Barselona”ya keçəcək.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Fabrizio Romano məlumat yayıb. O, Kataloniya klubu ilə 20 yaşlı müdafiəçi arasında artıq razılıq əldə olunduğunu bildirib.
Tərəflərin bu yay 5 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Qarsiya bu mövsüm 9 matça çıxıb və heç nə ilə yadda qalmayıb. O, “Barselona”nın yetirməsidir.