01.03.2021 16:13
477

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Barselona”nı çalışdıra bilər.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə “El Barça bir RAC1” məlumat yayıb. Kataloniya klubunun martın 7-də keçiriləcək prezident seçkilərində Xuan Laporta qalib gələrsə, o, baş məşqçi vəzifəsində dəyişiklik edəcək. Laporta Ronald Kumanı istefaya göndərib, onun əvəzinə Artetanı gətirməyi planlaşdırır.
Qeyd edək ki, yanvarın 24-də keçirilməli olan prezident seçkiləri koronavirus pandemiyasının geniş yayılmasına görə martın 7-dək təxirə salınmışdı.