01.03.2021 16:41
439

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
“CEMPİON.AZ” xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XVII turunda baş verənlər müzakirə olunub.
Komitə üzvləri xoşagəlməz hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
“Sumqayıt”la ev oyununda 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat cərimə olunub. “Sabah” – “Keşlə” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat ödəyəcək. “Zirə”nin qonağı olan “Neftçi” də eyni səbəbdən analoji cəzaya məruz qalıb.