çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

İbrahimoviç növbəti oyunu buraxa bilər

01.03.2021 17:14 Oxundu 436


“Milan”ın futbolçusu Zlatan İbrahimoviç A seriyasının 25-ci turunda “Udenize” ilə matçı buraxa bilər.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb. 39 yaşlı hücumçunun bud nahiyəsindən zədələndiyi və ona görə də qarşıdakı oyunu buraxmaq ehtimalı olduğu bildirilib. İbrahimoviç tezliklə müayinədən keçəcək və durumuna aydınlıq gələcək.

İsveçli oyunçu ötən gecə 24-cü turda “Roma” ilə görüşün 56-cı dəqiqəsində əvəzlənmişdi.

Qeyd edək ki, martın 3-də keçiriləcək “Milan” – “Udenize” matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.