çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Niderland millisinin üzvü AVRO-2020-də iştirak etməyəcək

01.03.2021 20:42 Oxundu 425

Almaniyanın "Bayer" komandasının futbolçusu Tomoti Fosu-Mensa ciddi zədələnib.

“CEMPİON.AZ” xəbər verir ki, 23 yaşlı müdafiəçi Bundesliqada XXIII turun "Frayburq"la ev oyununun sonlarında xəsarət alıb. Onun sağ dizinin ön çarpaz bağlarında qırılma aşkarlanıb. 6 - 9 ay müddətinə sıradan çıxan hollandiyalı oyunçu Avropa çempionatını buraxmalı olacaq.

Tomoti Fosu-Mensa "Bayer"ə 2021-ci ilin yanvarında İngiltərə "Mançester Yunayted"indən keçib. O, Leverkuzen komandasında 7 oyun keçirib.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.