çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“İbra da dəhşətli dərəcədə oxuyur”

02.03.2021 14:23 Oxundu 471

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç “Bolonya”nın baş məşqçisi Sinişa Mixaloviçlə duet oxuyacaq.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Onlar San-Remo mahnı festivalında Normadi qrupunun hazırladığı “Lo Vagabondo” (Mən avararayam) kompozisiyasını birgə təqdim edəcəklər. Mixayloviç “Sky İtalia”ya açıqlamasında bu barədə bildirib: “Rəqs etməyim və mahnı oxumağım çox pis haldadır. İbra da dəhşətli dərəcədə oxuyur. Ancaq insanları güldürə bilərik”.

Festival 2-6 mart tarixlərində keçiriləcək. İbrahimoviçlə Mixayloviçin dueti isə martın 4-də olacaq.