çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Kubok oyunu ertələndi

02.03.2021 15:14 Oxundu 627


Almaniya kubokunun 1/4 final mərhələsində bu gün keçirilməli olan “Regensburq” – “Verder” matçı təxirə salınıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
 
“Regensburq”da baş məşqçi Mersad Selimeqoviçlə yanaşı, əsas komandanın bir neçə futbolçusunda koronavirus aşkarlanıb. Bu səbəbdən görüş təxirə salınıb. Oyunun keçirilmə tarixi hələ məlum deyil.