çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Poçettin: "Hər matça eyni çəkildə hazırlaşırıq"

02.03.2021 15:47 Oxundu 534


PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalının “Barselona” ilə keçiriləcək cavab matçı haqda danışıb.


"CEMPİON.AZ" xəbər verir ki, argentinalı mütəxəssis “Le Parisien”ə açıqlamasında “Nou Kamp”da rəqiblərinə 4:1 hesabı ilə qalib gəldiklərinə baxmayaraq, Kataloniya klubunun geridönüş etməsinin mümkün olduğunu bildirib:

“Futbolda istənilən nəticə qeydə alınır. Hətta ən gözlənilməz hesab da olur. Hər halda biz müsbət əhval-ruhiyyədəyik. Hər matça eyni çəkildə hazırlaşırıq. İndi nəyin qazanılması lazım olduğunu düşünürük”.

Qeyd edək ki, PSJ – “Barselona” matçı martın 10-da keçiriləcək.