02.03.2021 19:41
483


“Sanki psixoloji problemdir. 2-ci qolu vura bilmirik. Qolları isə səhvlərdən buraxırıq. Ancaq mübarizə aparıb qalib olmaq istəyirik. Futbolda mübarizə aparmaq lazımdır”.
“CEMPİON.AZ” xəbər verir ki, Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasında 18-ci turda “Səbail” ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib.
“Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komandanın 3 xala ehtiyacı var idi. Amma 1 xal qazandıq. Futbolçulara deyirəm ki, əllərinizi yanınıza salmayın, onlara inanıram. Yeni sistem, yeni sxem var. Futbolçular yaxşı mübarizə aparır”.