çərşənbə axşamı, 02 sentyabr 2025

BİZİM FUTBOL

Aftandil Hacıyev: “Daha da çox çalışmalıyıq”

02.03.2021 20:10 Oxundu 457

 “Təbii ki, məğlub ola-ola istək və aqressiya daha da artır. Həqiqətən bu halda futbolçulara təşəkkür düşür”.

“CEMPİON.AZ” xəbər verir ki, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında 18-ci turda “Keşlə” 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında bunları deyib.

“Yanaşmalarından razı qaldım. Belə davam etsək,  daha da yaxşı nəticələr qazana bilərik. Ümumən topa yiyələnməyimiz mənim xoşuma gəldi. Artıq bir neçə oyundur ki, rəqiblərdən toplam say vurmadan üstün oluruq. Sadəcə hücumları istədiyimiz kimi sonlandıra bilmədik. Buna görə daha da çox çalışmalıyıq”.

 “Keşlə” komandası yeni məşqçi ilə yeni dövrə girir. Əvvəlcə Sənan Qurbanovu istəkli komanda formalaşdırdığı üçün təbrik etmək istəyirəm. Bundan öncə olan oyunlara da baxdıqda gördüyümüz “Keşlə”ni bu gün də meydanda gördük. Çox aqressiv matç oldu, çünki hər iki komanda uduzmaq istəmirdi. Turnir göstərirdi ki, görüşün qalibi 3 pillə yuxarı qalxa bilərdi və biz yerimizi qoruya bilərdik. Oyun gözlənilən kimi, həqiqətən çox gərgin keçdi. Futbolçulardan razı qaldım. Artıq neçə matçdır ki, komandamız bol epizodlar yaxalaya bilir. Ancaq sonluqda bir qədər çatızmazlıqlar var. Daha diqqətli olsaq, hər oyun meydandan məğlub olmadan hətta 3 xal qazanmaqla ayrıla bilərik. Bundan əvvəl “Qarabağ”ın oyunuda da onların öz meydanında 3-4 qol epizodu yaxalamaq hər komandaya nəsib olmur. Ancaq bu, bizdə alınmışdı. Bu gün də azı 100 faizlik 5-6 qol epizodları yaxalaya bildik. Sadəcə olaraq, qola çevirə bilmədik. Sevindirici haldır ki, bu gün məğlub olmağımıza baxmayaraq, xal qazandıq. Düşünürəm ki, aktivliyimizə bir xal əlavə etdik. Bundan sonra növbəti oyuna hazırlaşmalıyıq. Bu matçı tez bir zamanda unudub “Qəbələ” ilə oyuna hazırlaşacağıq”.