çərşənbə axşamı, 02 sentyabr 2025

BİZİM FUTBOL

Elmar Baxşıyev: "Yuxarı pillələrə qalxmağa çalışacağıq"

02.03.2021 20:51 Oxundu 444


"Oyunun çətin keçəcəyini bilirdik. Rəqib çempionatın favoritidir. Heyətimizdə itkilər olduğundan rotasiyaya getməyə məcbur idik".

"CEMPİON.AZ"  xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 18-ci turun da "Qarabağ"a 3:0 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qarşılarına Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyulmadığını bildifib:

"İlk hissədə narazı qaldığımız məqamlar var idi. Amma təslim olmuruq. Yuxarı pillələrə qalxmağa çalışacağıq.

Qarşımıza mütləq Avropa Liqasına düşməliyik deyə bir hədəf qoyulmayıb. Bizim sadəcə, öz oyun dəst-xəttimiz var. İnanıram ki, getdikcə daha yaxşı oynayacağıq. Komandamın potensialı var".