çərşənbə axşamı, 02 sentyabr 2025

BİZİM FUTBOL

Miçel Madera karyerasını sonlandırıb

03.03.2021 11:44 Oxundu 731


"Qarabağ"ın sabiq futbolçusu Miçel Madera karyerasını başa vurub.


“CEMPİON.AZ” xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi əvvəlcə son klubu "Marino" ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Marino"ya keçəndən zədələr səbəbindən meydana çıxmaqda çətinlik çəkən futbolçu bu səbəbdən karyerasını bitirmək qərarına gəlib.

Qeyd edək ki, ispaniyalı futbolçu "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Ağdam təmsilçisində 159 oyuna 30 qol vurub. Ötən ilin oktyabrında 4-cü liqa təmsilçisin keçən yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.