çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

“Yuventus” 3 xalı 3 qolla qazandı

03.03.2021 13:23 Oxundu 435


 "Yuventus" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, Turin klubu 25-ci turda "Spezia"nı qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 49-a yüksəldən Turin təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "İnter" 56 xalla 1-ci, "Milan" 52 xalla 2-cidir.

"Yuventus" - "Spezia" - 3:0
Qollar: Morata, 62, Kyeza, 71, Ronaldo, 89