çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Bundesliqa klubunda yeni baş məşqçi

03.03.2021 13:45 Oxundu 572

Almaniyanın “Şalke” klubunun yeni baş məşçqisi müəyyənləşib.
 
“CEMPİON.AZ” Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı Dimitrios Qrammozis çalışdıracaq. 42 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
 
Yunanıstanlı məşqçi bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Kristian Qrossu əvəz edib.
 
“Şalke” Bundesliqada 23 turdan sonra 9 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Qrammozis daha öncə Almaniyada “Boxum” və “Darmştadt” klublarını çalışdırıb.