çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Ardıcıl 12 mövsümdür ki, 20 qol vurur 

03.03.2021 14:52 Oxundu 474


A seriyasının 25-ci turunda "Spezia" ilə matç (3:0) "Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

"CEMPİON.AZ"  xəbər verir ki, 35 yaşlı hücumçu görüşdə fərqlənməklə çempionatın 2020/21 mövsümündə vurduğu qolların sayını 20-yə çatdırıb. Beləliklə, o, ardıcıl 12 mövsüm çıxış etdiyi komandalarla yerli liqada ən azı 20 qol vuraraq mütləq rekorda imza atıb.

Portuqaliyalı oyunçu bu uğurlu seriyaya 2008/09-cü illər mövsümündə "Mançester Yunayted"in heyətində başlayıb. O, "Real"da çıxış edərkən də ənənəsinə sadiq qalıb.

Qeyd edək ki, Ronaldo A seriyasında bombardirdir. Onun ən yaxın izləyicisi Romelu Lukakunun ("İnter")  aktivində 18 qol var.