bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Erlinq Holandın əvəzinə o gəlir

03.03.2021 15:51 Oxundu 510


Dortmund “Borussiya”sı komandanı tərk edəcəyi gözlənilən Erlinq Holanda əvəzləyici tapıb.

“CEMPİON.AZ” xəbər verir ki, Almaniya klubu norveçli hücumçunu heyətində saxlaya bilməsə, Yussef En-Nasirinin keçidini həll etməyə çalışacaq.

İspaniya “Sevilya”sının 23 yaşlı forvardı Bundesliqa təmsilçisinin planlarına uyğun futbolçudur. Dortmundlular mərakeşlinin Erlinqi layiqincə əvəzləyə biləcəyini düşünür.

Qeyd edək ki, cari mövsüm La Liqada 13 qol vuran Yussef “Sevilya”nın ən yaxşı bombardiridir.