çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Yuventus” Makkennini birdəfəlik transfer edib

04.03.2021 11:26 Oxundu 444

"Yuventus" "Şalke"dən icarəyə götürdüyü Ueston Makkennini birdəfəlik alıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Turin təmsilçisinin saytı məlumat yayıb. Klub 22 yaşlı oyunçu üçün "Şalke"yə 18.5 milyon avro təzminat ödəyib. ABŞ millisinin üzvü ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Makkennini bu mövsüm İtaliya A seriyasnda 21 matçda iştirak edib, 4 qol vurub və 2 qolun ötürməsini verib.