çərşənbə axşamı, 02 sentyabr 2025

BİZİM FUTBOL

Milli futbolçumuzun komandası növbəti mərhələdə

04.03.2021 12:45 Oxundu 477

Ukrayna kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
 
“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Dnepr”lə qarşılaşıb.

Matçın əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Aleksandriya” 4:3 hesabıyla qalib gəlib və yarımfinala yüksəlib.
 
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.