çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

7 matç baş məşqçi oldu

04.03.2021 15:27 Oxundu 485


"Çaykur Rizəspor" baş məşqçisi Marius Sumudica ilə yollarını ayırıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Sumudica bu ildən "Çaykur Rizəspor"a baş məşqçilik edirdi  Komanda rumınyalı çalışdırıcının rəhbərliyi altında 7 matç keçirib və heç birində qalib gəlməyib. Bu görüşlərin 3-ü heç-heçə, 4-ü məğlubiyyətlə başa çatıb.

Qeyd edək ki, "Çaykur Rizəspor" hazırda Superliqanın turnir cədvəlində 28 xalla 16-cıdır.