çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Roma” müdafiəçini birdəfəlik transfer edib

05.03.2021 10:46 Oxundu 479

"Roma" "Atalanta"dan icarəyə götürdüyü Rocer İbanesi birdəfəlik transfer edib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paytaxt təmsilçisi 22 yaşlı müdafiəçi ilə 2025-ci ilin yayınadək müqavilə imzalayıb.

Həmçinin braziliyalı futbolçunun "Roma"da "Atalanta"da aldığı məvacibdən 2 qat çox qazanacağı bildirilib.

Qeyd edək ki, İbanes bu mövsüm bütün turnirlərdə 26 matça çıxıb və 1 qol vurub.