çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“İnter” qələbə qazandı

05.03.2021 11:44 Oxundu 514

"İnter" A seriyasında növbəti matçına çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, Milan təmsilçisi 25-ci turda səfərdə "Parma" ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "İnter" turnir cədvəlində 59 xalla vahid liderdir. "Parma" isə 15 xalla 19-cudur.

"Parma" - "İnter" - 1:2
Qollar: Aleksis Sançes, 54 (0:1), 62 (0:2), Hernani, 71 (1:2)