çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Pike PSJ ilə matçı buraxa bilər

05.03.2021 14:24 Oxundu 447

 “Barselona”nın zədəli futbolçusu Jerar Pikenin son durumu məlum olub.

“CEMPİON.AZ” “Marca”ya istinadən xəbər verir ki, diz bağından zədə alan müdafiəçi 2-3 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, Pike Çempionlar Liqasının 1/8 finalının PSJ ilə martın 10-da səfərdə keçiriləcək cavab oyununu buraxacaq.

Qeyd edək ki, 33 yaşlı müdafiəçi “Sevilya” ilə La Liqa matçında zədələnib.