çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Ən uzun qələbə seriyaları

05.03.2021 16:49 Oxundu 659

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən uzun qələbə seriyaları açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, bütün turnirləri əhatə edən seriyaların yer aldığı siyahıya Uels təmsilçisi TNS başçılıq edir.

Britaniyalılar 2016-17-ci illərdə ardıcıl 27 qələbə qazanıb. TNS liqada 21, kubokda 1, liqa kubokunda 3, digər daxili yarışlarda 2 dəfə qalib gəlib.

İFFHS-in cədvəlində 20-dən artıq qələbəsi olan klublar yer alıb. Bura yalnız 6 seriya düşüb. “Ayaks” buna iki dəfə nail olan yeganə komandadır.

Hazırda seriyası davam edən “Mançester Siti”nin aktivində 21 qalibiyyət var. İngiltərə klubunu rekorddan 6 oyun ayırır.
 
yer klub Ölkə Ç K LK D AK SK KDÇ CƏMİ
1 TNS Uels 21 1 3 2       27
2 Ayaks Niderland 19 3     4     26
3 Ayaks Niderland 19     1 5     25
4 Bavariya Almaniya 14 3     5 1   23
5 Real İspaniya 12 2     6   2 22
6 Mançester Siti İngiltərə 15 3 2   1     21

Ç – Çempionat, K – Kubok, LK – Liqa kuboku, D – digər daxili yarışlar, AK – avrokuboklar, SK – Superkubok, KDÇ – klublararası dünya çempionatı.