çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Çelsi”dən qapıçıya təklif

06.03.2021 10:44 Oxundu 485


İngiltərənin “Çelsi” klubu İtaliya millisinin və “Milan”ın qapıçısı Canluici Donnarummanı heyətinə qatmağa qərar verib.

“CEMPİON.AZ” xəbər verir ki, London təmsilçisi qolkiperə cəlbedici təklif də hazırlayıb.

Premyer Liqa klubu 22 yaşlı futbolçuya ildə 10,5 milyon avro ödəməyə hazırdır. Donnarumma təklif qəbul etsə, yayda yeni komandasına qoşulacaq.

Qeyd edək ki, yayda müqaviləsi başa çatacaq Donnarumma azad agent statusu qazanacaq.