cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Daha 3 cüdoçumuz Böyük Dəbilqədə mübarizəyə başladı

06.03.2021 13:32 Oxundu 419

Azərbaycanın daha üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, ikinci yarış günündə 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) rəqib olub.
81 kq-dakı Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırıb, Hidayət Heydərov isə eyni mərhələdə Gilyerme Şmidtlə (Braziliya) üz-üzə gələcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib.