çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Aquero karyerasını A seriyasında davam etdirə bilər

06.03.2021 14:48 Oxundu 436

"Mançester Siti"nin futbolçusu Serxio Aquero karyerasını "Yuventus"da davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, Turin təmsilçisi 32 yaşlı hücumçunun xidmətində maraqlıdır. Klub rəhbərliyi aegentinalı oyunçunun Kriştiano Ronaldo ilə birlikdə hücumları gücləndirəcəyinə inanır. Onun transfer dəyəri isə 40 milyon avrodur. Futbolçunun "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Aquero bu mövsüm Premyer Liqada 6 matç keçirib.