07.03.2021 14:44
434


"Bavariya"nın futbolçusu Jeremi Boatenq zədələnib.
“CEMPİON.AZ” xəbər verir ki, 32 yaşlı müdafiəçi Bundesliqanın 24-cü turunda "Borussiya" (Dortmund) ilə matçda sıradan çıxıb. O, görüşün 69-cü dəqiqəsində xəsarət alıb.
Futbolçu oyuna davam edə bilməyib.
Qeyd edək ki, Boatenq bu mövsüm "Bavariya"da 20 matç keçirib.