çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Luis Suares klub sahibi oldu

07.03.2021 15:30 Oxundu 500

“Atletiko”nun hücumçusu Luis Suares ölkəsi Uruqvayda klub yaradıb.

“CEMPİON.AZ” xəbər verir ki, ulduz futbolçunun komandasının adı “Deportivo LS”dır.

Adıçəkilən komanda gənclər arasında universitet çempionatında iştirak edəcək. “Deportivo LS”nın əsas məqsədi peşəkar futbola qədəm qoymaqdır.

Qeyd edək ki, Luis Suares 2007-ci ildən Uruqvayın əsas yığmasında çıxış edir.