çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

London klubunu tərk edə bilər

07.03.2021 18:20 Oxundu 501

"Arsenal" futbolçusu Matteo Genduzini satmaq qərarına gəlib.

“CEMPİON.AZ” "Footnall İnsider"ə istinadən xəbər verir ki, baş məşqçi Mikel Arteta 21 yaşlı yarımmüdafiəçini komandada saxlamağı düşünmür. Buna görə də "topçular" yay transfer pəncərəsində oyunçunu satmaq istəyir. Klub futbolçuya görə 25 milyon sterlinq tələb edir.

Qeyd edək ki, Genduzi bu mövsümü icarə əsasında "Herta"da keçirib. O, 19 matça çıxaraq, 2 qol vurub və 1 qolun ötürməsini verib.