çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Fərid Nəbiyevin komandası məğlub olub

08.03.2021 12:20 Oxundu 418

Çexiya 2-ci divizionunda 13-cü turun oyunları keçirilib.

“CEMPİON.AZ” xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” doğma meydanda “Xrudim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Fərid də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, 13 turdan sonra 19 xala malik “Viktoriya” 6-cı pillədə qərarlaşıb.