çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Yeni prezident Messi haqqında danışıb

08.03.2021 13:20 Oxundu 423

“Tarixin ən yaxşı futbolçusu seçki məntəqəsinə oğlu ilə gəldi və səs verdi. Bu, onun "Barselona"nı nə qədər sevdiyini nümayiş etdirir".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Barselona"nın yeni prezidenti Joan Laporta klubun rəsmi saytına açıqlamasında deyib.

Komandanın kapitanı Lioenel Messinin "Barselona"dakı gələcəyi ilə bağlı sualı cavablandıran klub rəhbəri bildirib: "Biz gözəl bir ailəyik. Bu səmimiyyətin Messinin "Barselona"da qalmasına kömək edəcəyinə inanıram".

Xatırladaq ki, Messinin Kataloniya klubu ilə müqaviləsi bu ilin iyununa qədərdir.