08.03.2021 21:17
464

“Oyuna aqressiv başladıq, çoxlu qol vəziyyətləri yaratdıq”.
“CEMPİON.AZ” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIX turunda “Keşlə” üzərində qazanılan 3:1 hesablı qələbə barədə danışarkən deyib.
43 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib: “İndiyə qədər rəqibə ən çox qol imkanı verdiyimiz oyun oldu. Sual yaranır ki, niyə bu qədər şans yaradırıq. Yolumuza davam edirik. 20 günlük fasiləyə qədər bir ev oyunumuz qalıb. Ondan sonra rahatlaşarıq”.