09.03.2021 11:27
453


Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
“CEMPİON.AZ” xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız Moldovanın qonağı olacaq. Çoresku şəhərindəki "FMF Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi komanda bu gün qələbə qazanacağı halda qrupda ilk iki yerdən birini təmin edəcək.
9 mart
20:30. Moldova - Azərbaycan
Hakimlər: Damian Qrabovski, Yasin Alageyik (Belçika), Viktor Bugenko (Moldova)
Çoresku, "FMF Arena"
1 | Azərbaycan | 3 | 3 | 0 | 0 | 12-2 | 9 |
2 | Slovakiya | 4 | 2 | 1 | 1 | 16-8 | 7 |
3 | Moldova | 3 | 1 | 1 | 1 | 8-10 | 4 |
4 | Yunanıstan | 0 | 0 | 0 | 4 | 1-17 | 0 |