çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

"Barselona" ilə matçda iştirak edəcək

09.03.2021 11:51 Oxundu 432

PSJ-nin hücumçusu Neymarın Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab oyunu üçün iştirak ərizəsində yer almaq ehtimalı var.

“CEMPİON.AZ” "Le Parisien"ə istinadən xəbər verir ki, klub futbolçunu zədələndikdən sonra yenidən meydançaya dönməyə məcbur etmək istəməir. Ancaq braziliyalı oyunçu matça ehtiyat oyunçular skamyasında başlayacaq.

Baş məşqçi Maurisio Poçettino böyük ehtimalla Neymara sabiq komandasına qarşı təxminən yarım saat oynamaq imkanı verəcək. Lakin hesabdan asılı olaraq yanaşma dəyişə bilər.

Qeyd edək ki, PSJ - "Barselona" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk görüşdə Paris təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.