çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Qışqıran futbolçulara da sarı vərəqə verilə bilər

09.03.2021 12:42 Oxundu 436

Futbolçular bərkdən qışqırmağa görə sarı vərəqə ilə cəzalana bilər.

“CEMPİON.AZ” xəbər verir ki, bunu Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) açıqlayıb.

Futbol qaydalarına cavabdeh olan qurum bərkdən səs çıxaran oyunçuların cəzalanmasının mümkünlüyünü bəyan edib. İFAB-ın belə bəyanatına İngiltərə Premyer Liqasında yaşanan hadisə səbəb olub.

XXVII turun “Arsenal”la “Bernli” arasında (1:1) matçda londonluların hücumçusu Aleksandr Lakazett rəqib futbolçu Erik Piterslə toqquşmada yerə yıxıldıqdan sonra bərkdən qışqırmağa başlayıb. Piters sarı vərəqə alandan sonra Lakazett ayağa qalxaraq oyunu davam etdirib.

Qarşılaşmanın azarkeşlərsiz keçirilməsi üzündən futbolçunun qışqırtıları o qədər bərk çıxıb ki, sosial şəbəkələr və televiziyada onu məsxərəyə qoyublar. Hakim futbolçunun qışqırmaqla onu aldatmağa cəhd etdiyini düşündüyü halda xəbərdarlıq edə bilər.