çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Yoahim Löv istefa verəcəyi vaxtı açıqladı

09.03.2021 14:46 Oxundu 621

Almaniya millisinin baş məşqçisi Yoahim Löv bu yay keçiriləcək Avropa çempionatının sonunda istefa verəcək.

“CEMPİON.AZ”  xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytında məlumat yayıb.

61 yaşlı mütəxəssisin müqaviləsi DÇ-2022-nin əvvəlinə kimi hesablanmışdı. Bildirilib ki, baş məşqçi özü müqavilənin müddətini qısaltmağı xahiş edib və ittifaq onunla razılaşıb.

Qeyd edək ki, Löv 2006-cı ildən bəri Almaniya millisii çalışdırır. Milli komanda onun rəhbərliyi altında
2014-cü ildə dünya çempionu olub. Yığma Avropa çempionatının gümüş və iki dəfə bürünc mükafatçısı və dünya çempionatının bürünc mükafatçısı olub. Löv 2017-ci ildə komanda ilə Konfederasiyalar Kubokunu qazanıb.