

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
"CEMPİON.AZ" xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.
"Qəbələ" öz meydanında "Səbail"i qəbul edib və bərabərə qalıb - 1:1. Digər görüşdə isə "Qarabağ" "Zirə"nin qonağı olub. Ağdam təmsilçisi səfər matçında 2 cavabsız qolla qalib gəlib.
9 mart (çərşənbə axşamı)
17:15. “Zirə” – “Qarabağ” - 0:2
Qollar: Xayme Romero, 3, Patrik Andrade, 32
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu
15:00.“Qəbələ” – “Səbail” - 1:1
Qollar: Amil Yunanov, 57 (0:1), Rafael Utriq, 79 (1:1)
Qırmızı vərəqə: Ruslan Hacıyev, 66 ("Səbail"), Rüfət Əhmədov, 88 (ikinci sarı vərəqə, "Qəbələ")
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
8 mart (bazar ertəsi)
“Neftçi” – “Keşlə” - 3:1
“Sabah” – “Sumqayıt” - 1:1
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Neftçi | 19 | 12 | 3 | 4 | 26-19 | 39 |
2 | Qarabağ | 19 | 11 | 6 | 2 | 44-13 | 39 |
3 | Zirə | 19 | 7 | 8 | 4 | 23-20 | 29 |
4 | Sumqayıt | 19 | 6 | 7 | 6 | 21-22 | 25 |
5 | Qəbələ | 19 | 5 | 7 | 7 | 17-27 | 22 |
6 | Səbail | 19 | 4 | 6 | 9 | 19-29 | 18 |
7 | Keşlə | 19 | 3 | 7 | 9 | 18-30 | 16 |
8 | Sabah | 19 | 4 | 4 | 11 | 19-27 | 16 |