çərşənbə, 03 sentyabr 2025

BİZİM FUTBOL

Elmar Baxşıyev: “Ruhdan düşmürük”

09.03.2021 17:59 Oxundu 497

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 19-cu turunda "Səbail" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

“CEMPİON.AZ” xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi komandasının oyunundan razı qaldığını bildirib.

“Bilirdik ki, ağır oyun olacaq. "Səbail" çempionatın yaxşı komandalarından biridir. Əks-hücumda və müdaifədə yaxşı oynanır. Oyunumuza gəldikdə isə umumi olaraq, komandanın oyunundan razı qaldım. Çatışmayan cəhətlərimiz sirr kimi qalsın. Oyunda üstün biz idik, çoxsaylı epizodlar yaratdıq. Ruhdan düşmürük, qarşıdakı matçda yaxşı nəticə qazanmağa çalışacağıq.

“Özünüzdə gördüz ki, oyun ağır keçdi, düşünürəm ki, 1 xal yaxşı nəticədir. Epizodlar var ki, stress olur. Ona görə  oyunda çox qol vura bilmədik. Əsas odur ki,  intizamlı komandamız var və mən istədiyim hər şeyi edirlər”.