09.03.2021 20:23
427


“Oyuna diqqətlə baxıb analiz etmək lazımdır. "Qarabağ" əlinə düşən fürsətdən belə istifadə edirsə, mübarizə aparmaq çətindir”.
“CEMPİON.AZ” xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
39 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının XIX turunun “Qarabağ”la görüşündən sonra mətbuat konfransına qatılıb. Sadıqov 0:2 hesablı məğlubiyyətə şərh verib:
“Rəqibin ustalığına və potensialına bələd idik. Oyuna nəzarət onlarda idi, amma 100 faizlik şansları olmadı. Məyusuq, lakin "Qəbələ" ilə oyunu düşünməliyik. Rəqibin pressinqini də nəzərə almaq lazımdır. Belə edəcəklərini bilirdik".