çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Andrea Pirlo: “İstefa vermək üçün gəlməmişəm

10.03.2021 11:29 Oxundu 433

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. “Yuventus” “Porto”nu məğlub etsə də tur adlaya bilməyib.

“CEMPİON.AZ” xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Andrea Pirlo komandanın uğursuzluğu haqqında bunları deyib.

“Təbii ki, Çempionlar Liqasında qalmağı üstün tutardım. Ancaq bu vəziyyətə düşdüyümüz üçün əlimizi yanımıza salmayacağıq, çatışmazlıqlar üzərində çalışacağıq. Hələ mart ayıdır, qarşıda gərgin oyunlarımız var. Hazırda “Yuventus”un baş məşqçisiyəm, bura bir oyunda uduzduqdan sonra istefa vermək üçün gəlməmişəm. Daha geniş aspektdən baxıram, uzunmüddətli inkişaf layihəmiz var”.