çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Uels millisində dəyişiklik

10.03.2021 21:27 Oxundu 514


Uels millisinin baş məşqçisi Rayan Giqqz işindən müvəqqəti kənarlaşdırılıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Uels Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Komanda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belçika və Çexiyaya qarşı matça Robert Peyjin baş məşçqiliyi altında çıxacaq. O, daha əvvəl ABŞ, İrlandiya və Finlandiya ilə görüşlərdə də Uels yığmasına rəhbərlik edib.

Qeyd edək ki, 2018-ci ildən millini çalışdıran Giqqz ötən il noyabr ayında sevgilisinə təcavüz etməsi şübhəsi ilə saxlanılıb. 46 yaşlı mütəxəssis günahını boynuna almayıb. Giqqz istintaqdan sonra girov qarşılığında sərbəst buraxılıb.